Britaniya hökuməti süni intellektə 1 milyard funt əlavə vəsait ayırır

London, 9 iyun, ARHD.AZ



Britaniya hökuməti süni intellektə 1 milyard funt əlavə vəsait ayırır


Böyük Britaniyanın Baş naziri Kir Starmer süni intellekt texnologiyalarının inkişafı üçün əlavə 1 milyard funt sterlinq maliyyə ayıracağını elan edib.

ARHD.AZ “The Guardian”a istinadla xəbər verir ki, bu vəsait əsasən süni intellekt sistemlərinin fəaliyyətini təmin edən mikroçiplər, prosessorlar və kabel infrastrukturuna yönəldiləcək.

Baş nazir, eyni zamanda, “Extract” adlı yeni dövlət süni intellekt köməkçisini təqdim edib. “Google”un Gemini modeli ilə işləyən bu texnologiya planlaşdırma sənədlərinin emalını sürətləndirməyə kömək edəcək. Starmerin sözlərinə görə, “Extract” köhnəlmiş planlaşdırma sistemini təkmilləşdirəcək, qərarların qəbulunu sürətləndirəcək və yeni yaşayış evlərinin tikintisinin qarşısındakı bürokratik əngəlləri aradan qaldıracaq.

Hökumət xərclərinin nəzərdən keçirilməsi ilə bağlı çərşənbə günü keçiriləcək tədbirdən əvvəl Starmer 187 milyon funt sterlinqlik “TechFirst” təşəbbüsünü də açıqlayıb. Bu təşəbbüs məktəblilərə süni intellekt bacarıqları öyrətməyi və texnologiya sahəsi ilə əməkdaşlıq çərçivəsində 2030-cu ilə qədər 7,5 milyon britaniyalı işçiyə süni intellektdən istifadə etməyi öyrətməyi hədəfləyir.

Starmer bildirib ki, bu maliyyələşdirmə Britaniya vətəndaşlarını gələcəyin peşələrinə hazırlamaq məqsədi daşıyır.

Baxış sayı: 3 480

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə