Bu gün Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bakı, 7 iyun, ARHD.AZ



Bu gün Ümumdünya Qida Təhlükəsizliyi Günüdür


İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatının 2018-ci ildə qəbul etdiyi qərara əsasən təsis olunub. Məqsəd qida təhlükəsizliyinə qlobal diqqəti yönəltmək, ictimaiyyəti maarifləndirmək və müxtəlif tərəflərin bu sahədə məsuliyyətini bir daha vurğulamaqdır.

ARHD.AZ xəbər verir ki, bu il bu əlamətdar gün “Qida təhlükəsizliyi: elm fəaliyyətdədir” şüarı ilə qeyd olunur. Şüar elmi biliklərin və onların praktik tətbiqinin qida təhlükəsizliyinin təminində nə qədər mühüm rol oynadığını xüsusi olaraq önə çəkir.

Azərbaycan da bu qlobal çağırışa cavab olaraq qida təhlükəsizliyi sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) mühüm elmi-tədqiqat və laborator xidmətləri ilə seçilir. AQTİ-nin müasir texnologiyalarla təchiz edilmiş laboratoriyaları və yüksək ixtisaslı kadr potensialı elmi yanaşmanın uğurla həyata keçirilməsinə geniş imkan yaradır.

İnstitut əməkdaşları yerli və beynəlxalq təlimlərdə iştirak etməklə bilik və bacarıqlarını davamlı şəkildə artırır. Bu, həm milli, həm də beynəlxalq miqyasda qida təhlükəsizliyinin təmin olunmasına töhfə verir.

Elm fəaliyyətdədir – təhlükəsiz qida ilə sağlam gələcəyə!

Baxış sayı: 5 678

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə