Baş nazir: Gürcüstan, Türkiyə və Azərbaycan arasında əlaqələr daha da möhkəmlənir

Tbilisi, 6 iyun, ARHD.AZ



Baş nazir: Gürcüstan, Türkiyə və Azərbaycan arasında əlaqələr daha da möhkəmlənir


“Gürcüstan, Türkiyə və Azərbaycan arasında əlaqələr üçtərəfli formatda inkişaf edir və daha da möhkəmlənir. Ötən il bu istiqamətdə çox mühüm işlər görülüb, bir sıra yüksək səviyyəli vacib səfərlər, görüşlər həyata keçirilib. Görülən işlər və atılan addımlar, həyata keçirilən layihələr ikitərəfkli və üçtərəfli formatda əlaqələrimizi daha möhkəmləndirir, inkişaf etdirir”.

ARHD.AZ xəbər verir ki, bu fikirlər Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesbatda əksini tapıb. Bildirilir ki, Türkiyə və Azərbaycan ilə tərəfdaşlıq regional strateji əhəmiyyətə malik mövcud layihələrlə daha da dərinləşir.

Bundan başqa, üçtərəfli format çərçivəsində parlamentlərin xarici əlaqələr komitələrinin görüşləri, o cümlədən mütəmadi olaraq müdafiə nazirlərinin görüşləri keçirilir.

Hesabatda Gürcüstanın Türkiyə, Azərbaycan ilə yanaşı Ermənistanla da münasibətlərinə yer verilib.

Sənəddə vurğulanıb ki, hesabat dövründə həm Gürcüstandan Ermənistana, Azərbaycana və Türkiyəyə, həm də qonşu ölkələrdən Gürcüstana səfərlərin sayı artıb.

Qeyd olunub ki, yüksək səviyyəli səfərlər çərçivəsində Gürcüstanın Ermənistan və Azərbaycanla dövlət sərhədinin delimitasiya-demarkasiyası məsələsi də müzakirə olunub.

Qeyd edək ki, İ.Kobaxdize iyunun 27-də parlamentdə hökumət proqramının həyata keçirilməsi üzrə illik hesabatı təqdim edəcək.

Baxış sayı: 6 568

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə