
Belqrad, 26 may, ARHD.AZ
Serbiya Rusiya ilə təbii qaz müqaviləsinin müddətini sentyabrın sonuna qədər uzadıb, qiymətdə hər hansı artım yoxdur.
ARHD.AZ xəbər verir ki, bunu “Srbijagas” şirkətinin direktoru Duşan Bayatoviç deyib.
“Rusiya qazının Serbiyaya tədarükü ilə bağlı mövcud müqavilənin müddətinin eyni şərtlərlə sentyabrın 30-dək uzadılmasına dair razılıq əldə olunub. Bu, “Banatski Dvor” və Macarıstandakı yeraltı qaz anbarlarını qış mövsümünə qədər doldurmağa imkan verəcək. Ev təsərrüfatları üçün təbii qazın qiymətində hər hansı artım olmayacaq. Rusiya təbii qazı olmadan sabit təchizatın həlli mümkün deyil”, - deyə o qeyd edib.
Xatırladaq ki, Rusiya qazının Serbiyaya tədarükünə dair mövcud qaz sazişinin müddəti mayın sonu başa çatırdı.