Avropa İttifaqı üçüncü dünya ölkələrində USAID-i əvəzləmək istəyir

Bakı, 26 may, ARHD.AZ


Brüssel üçüncü dünya ölkələrində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yerini qismən doldurmağa və əsas diqqəti “demokratiyanın təşviqi” layihələrinə yönəltməyə çalışır.

“Üzv ölkələrin nazirləri USAID-in inkişaf yardımı layihələrindən çıxmasının nəticələrini və Avropa İttifaqının daxil ola biləcəyi yerləri müzakirə edəcəklər”, - deyə Kaya Kallas bildirib. Onun sözlərinə görə, Brüssel ABŞ-ın qoyduğu boşluğu doldura bilməsə də, bütün diqqətini demokratiya, media azadlığı və insan hüquqları kimi Avropa prioritetlərinə yönəldəcək.

Xatırladaq ki, fevralın 3-də Vaşinqton beynəlxalq təşkilatların maliyyələşdirilməsinə xeyli miqdarda vəsait ayıran USAID agentliyinin fəaliyyətini faktiki olaraq dayandırıb. Quruma müvəqqəti rəhbər təyin edilən Dövlət katibi Marko Rubio araşdırmalardan sonra agentliyin proqramlarının 83 faizinin dayandırdığını elan edib.

ABŞ USAID-in yerinə 2,9 milyard dollar büdcəyə malik A1OF fondu yaradacaq. Marko Rubionun sözlərinə görə, həmin fond böhranlara tez reaksiya verəcək, Hindistan və İordaniya kimi mühüm tərəfdaşlarla fəal şəkildə əlaqə saxlayacaq, kritik repatriasiya səylərini dəstəkləyəcək və rəqiblərdən gələn strateji təhlükələri neytrallaşdıracaq.

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə