Cənubi Koreyada prezident seçkiləri ilə əlaqədar erkən səsvermə başlayıb

Pekin, 22 may, ARHD.AZ


Cənubi Koreyanın sabiq dövlət başçısı Yon Sok Yolun impiçment yolu ilə vəzifədən uzaqlaşdırılmasından sonra iyunun 3-nə təyin olunmuş prezident seçkiləri ilə əlaqədar erkən səsvermə prosesi başlayıb.

ARHD.AZ Cənubi Koreya mediasına istinadla xəbər verir ki, ilkin səsvermədə ölkə hüdudlarından kənarda yaşayanlar üçün təşkil olunur. Xaricdəki koreyalılar ölkələrinin diplomatik nümayəndəliklərində səs verirlər. Qaydalara görə, 6 gün davam edəcək erkən səsvermədə iştirak üçün 258 min seçici qeydiyyata alınıb. Erkən səsvermə üçün 118 ölkədə 223 səsvermə məntəqəsi yaradılıb. Ən çox seçici Çində, Yaponiyada və ABŞ-da qeydiyyata alınıb.

Qeyd edək ki, Cənubi Koreyada prezident seçkiləri ilə əlaqədar 7 nəfərin namizədliyi qeydə alınıb. Onlar arasında əsas müxalif qüvvə olan Demokratiya Partiyasının namizədi Li Ce Myun və hakim Xalqın Gücü Partiyasının namizədi Kim Mun Su daha şanslı hesab olunur. Ekspertlər prezident vəzifəsi uğrunda mübarizənin məhz bu iki namizəd arasında gedəcəyini düşünürlər.

 

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə