Ankarada Türkiyə və Ukrayna prezidentlərinin görüşü keçirilib

Ankara, 15 may, ARHD.AZ


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı, mayın 15-də Ankarada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.

ARHD.AZ xəbər verir ki, yüksəksəviyyəli danışıqlar Prezident Kompleksində mətbuat üçün qapalı rejimdə keçirilib.

İstanbulda Dolmabahçe sarayında keçirilən Rusiya-Ukrayna danışıqlarının bərpası fonunda Volodimir Zelenski Türkiyədə işgüzar səfərdədir.

Bu gün səhər saatlarında Türkiyə Prezident Administrasiyası Ərdoğan və Zelenski arasındakı görüşü “Rusiya-Ukrayna müharibəsi kontekstində son hadisələrin hərtərəfli müzakirəsi üçün fürsət” adlandırıb.

"Türkiyə Prezidenti ukraynalı həmkarı ilə görüşdə dərhal atəşkəs və sülh danışıqlarının başlanmasının vacibliyi ilə bağlı mövqeyini vurğulayacaq”, -deyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fahreddin Altunun paylaşımında deyilir.

Baxış sayı: 8 770

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə