Marko Rubio Vaşinqtonun NATO ilə bağlı planlarını açıqlayıb

Bakı, 15 may, ARHD.AZ


Birləşmiş Ştatlar NATO-da zəif bəndlərin olmasını istəmir və bu, Prezident Donald Trampın siyasətinin əsas prioritetidir.

ARHD.AZ xəbər verir ki, “Reuters” agentliyi bu barədə ABŞ dövlət katibi Marko Rubiodan sitat gətirib.

“Alyansın qüdrəti onun ən zəif bəndinin gücü ilə müəyyən edilir. Biz NATO-da zəif bəndlərin olmamasına çalışırıq”, - deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.

Marko Rubionun sözlərinə görə, ABŞ Şimali Atlantika Alyansını təhdid edən müasir çağırışlarla mübarizəni nəzərdə tutan bir neçə trilyon dollarlıq müdafiə büdcəsini təsdiqləyib.

Qeyd edək ki, bir müddət öncə NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen “Politico” nəşrinə müsahibəsində ABŞ Prezidenti Donald Trampı Qrenlandiya ilə bağlı iddialarına görə sərt tənqid edib. O, Qrenlandiyanın Danimarkanın bir hissəsi olduğunu və yerli əhalinin amerikalı olmaq istəmədiklərini vurğulayıb.

Baxış sayı: 8 765

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə