Qətər ABŞ-dan 200 milyard dollar dəyərində təyyarə alacaq

Vaşinqton, 14 may, ARHD.AZ


Qətərdə səfərdə olan ABŞ Prezidenti Donald Tramp bu ölkənin əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə 1,2 trilyon dollar dəyərində iqtisadi mübadiləyə dair müqavilə imzalayıb.

ARHD.AZ-ın məlumatına görə, həmçinin iki ölkə arasında ümumi dəyəri 243,5 milyard dollardan çox olan iqtisadi müqavilələrə imza atılıb. Bu çərçivədə

Qətər ABŞ istehsalçısı “Boeing”dən “Qatar Airways” üçün 200 milyard dollar dəyərində 160 təyyarə alacaq.

Həmçinin müqaviləyə əsasən Qətər və ABŞ arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq daha da gücləndirilir. “Raytheon” şirkəti ilə imzalanan bir milyard dollarlıq razılaşma Qətəri pilotsuz uçuş aparatları, “General Atomics” ilə bağlanmış 2 milyard dollarlıq müqavilə isə MQ-9B pilotsuz uçuş aparatları ilə təmin edəcək.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə