İtaliyalı tennisçi Yannik Sinner Papa XIV Leoya raketka hədiyyə edib

Vatikan, 14 may, ARHD.AZ


Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda italiyalı peşəkar tennisçi Yannik Sinner ilə görüşüb.

ARHD.AZ xəbər verir ki, görüşdə Yannik Sinner Roma Papasına tennis raketkası hədiyyə edib. O, zarafatla Papa XIV Leoya “tennis oynayaq” deyib. Roma Papası isə buna cavabında “burada olmasa daha yaxşıdı” - deyə cavab verib.

Qeyd edək ki, Papa XIV Leo tennis həvəskarıdır. Yannik Sinner isə Peşəkar Tennis Assosiasiyası tərəfindən kişilər arasında təkbətək yarışlarda dünyada birinci yeri tutur. O, bu yüksək reytinqə çatan ilk italiyalı tennisçidir.

Baxış sayı: 4 501

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə