Kanadanın Baş naziri hökumətin yeni tərkibini formalaşdırıb

Vaşinqton, 13 may, ARHD.AZ


Kanadanın yeni Baş naziri Mark Karni yeni hökumətin tərkibini formalaşdırıb.

ARHD.AZ-ın məlumatına görə, bu ilin əvvəlində Castin Trüdonu əvəz edən və keçən ay seçkilərdə qalib gələn Karni, Anita Anandı xarici işlər naziri təyin edib. Əvvəlki nazir Melani Coli isə sənaye naziri vəzifəsinə gətirilib. ABŞ-la ticarət müharibəsi fonunda Fransua Filip Şampan maliyyə naziri, Dominik Le Blan ticarət və hökumətlərarası ticarət naziri vəzifəsini qoruyub.

Keçmiş müdafiə naziri Bill Bleyer də daxil olmaqla ondan çox adam istefaya göndərilib.

Keçmiş jurnalist Evan Solomon yeni süni intellekt naziri vəzifəsinə təyin olunub.

Trüdonun dövründə olduğu kimi, qadınlar Nazirlər Kabinetinin yarısını təşkil edir.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə