Papa XIV Leonun pontifikatı mayın 18-də başlayacaq

Vatikan, 9 may, ARHD.AZ


Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun pontifikatı mayın 18-də başlayacaq.

ARHD.AZ xəbər verir ki, Papa XIV Leo həmin gün pontifikliyinin başlanmasına həsr olunan mərasimə rəhbərlik edəcək.

Roma Papası mayın 9-da Vatikanın Sikstin Kapellasındakı ilk ayində iştirak edib. O, mayın 10-da kardinallarla görüş keçirəcək.

Papa XIV Leo, həmçinin mayın 12-də dünya mətbuatının nümayəndələri ilə görüşəcək. Mayın 21-də isə Vatikanın Müqəddəs Pyotr Kilsəsində ümumi auditoriya qarşısında çıxış edəcək.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə