Mark Karni: Kanada satılmır və satılmayacaq

Vaşinqton, 6 may, ARHD.AZ


Kanada satılmır və heç zaman da satılmayacaq.

ARHD.AZ-ın məlumatına görə, bu sözləri Kanadanın baş naziri Mark Karni Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı ABŞ liderinin Kanadanın 51-ci ştat olması ilə bağlı istəyinə cavab olaraq deyib.

"Daşınmaz əmlak işindən də bildiyiniz kimi, satılmayan bəzi yerlər var. Kanada da satılmır, heç vaxt satılmayacaq", - Karni ABŞ Prezidentinə deyib. O xalqın da bunu istəmədiyini bildirib və əlavə edib ki, keçmişdə də olduğu kimi iki ölkə arasında tərəfdaşlıq və birgə görüləcək işlər üçün fürsət mövcuddur.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə