Bakı, 6 may, ARHD.AZ



Azərbaycan səfiri etimadnaməsini İndoneziya Prezidentinə təqdim edib


Mayın 6-da Azərbaycanın İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Prabovo Subiantoya təqdim edib.

Səfirlikdən ARHD.AZ-a bildirilib ki, Ramil Rzayev yerli medialara müsahibəsində qədim və zəngin mədəniyyətə, gözəl təbiətə və güclü iqtisadiyyata malik, müstəqil siyasət yürüdən İndoneziya kimi bir ölkəyə səfir təyin olunmasından fəxarət hissi keçirdiyini qeyd edib. İki ölkə arasındakı əlaqələrə toxunan səfir əməkdaşlığın müxtəlif sahələrdə mövcud olduğunu vurğulayaraq, fəaliyyəti dövründə münasibətlərin daha da inkişaf etdirəcəyini diqqətə çatdırıb. O, eyni zamanda, ölkələrarası münasibətlərin dərinləşdirilməsi məqsədilə bu il hər iki dövlətin xarici işlər nazirlikləri arasında Bakıda siyasi məsləhətləşmələrin keçiriləcəyini, eləcə də Azərbaycandan yüksəksəviyyəli rəsmilərdən ibarət nümayəndə heyətinin İndoneziyaya səfərinin gözlənildiyini bildirib.

Rəsmi mərasimdən sonra səfir Ramil Rzayevlə ölkə Prezidenti Prabovo Subianto arasında görüş keçirilib.

Baxış sayı: 5 467

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə