Milan. ARHD.AZ:

Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm əlaqə rolunu oynayır.

ARHD.AZ-in Milana ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu AİB-in Azərbaycan üzrə idarəçisi, maliyyə naziri Sahil Babayev bank rəhbərlərinin işgüzar sessiyasında bildirib.

"Zəngəzur dəhlizi regional əlaqələrin və iqtisadi inteqrasiyanın gücləndirilməsinə yönəlmiş strateji təşəbbüsdür. Bu marşrut Asiya və Avropa arasında nəqliyyat əlaqələrinin təmin edilməsində, regionda malların, xidmətlərin və insanların daşınmasını asanlaşdırmaqda əsas rol oynayır. Azərbaycan bu dəhlizə sərmayə qoymaqla yeni iqtisadi imkanlar açmaq, davamlı inkişafı təşviq etmək və qonşu ölkələr arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır", - deyə o qeyd edib.

S.Babayev vurğulayıb ki, Zəngəzur dəhlizi təkcə infrastruktur layihəsi deyil. Bu, bütün regionda sabitlik və rifahı təmin edən güclü tərəfdaşlıq əlaqələri yaratmaq istəyini simvollaşdırır.

Baxış sayı: 7 543

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə