BMT-də əsaslı islahatlar planlaşdırılır

Bakı, 2 may, ARHD.AZ



BMT-də əsaslı islahatlar planlaşdırılır


BMT strukturlarının genişmiqyaslı yenidən qurulması nəzərdən keçirilir.

ARHD.AZ xəbər verir ki, “Reuters” agentliyi bu barədə BMT-nin daxili sənədinə istinadla məlumat yayıb.

Məlumata əsasən, gələcəkdə qurumun mühüm bölmələri birləşdirilməli və dünya üzrə resurslar yenidən bölüşdürülməlidir. Məxfi sayılan sənəddə BMT-nin onlarla qurumunun dörd əsas bölmədə - Sülh və təhlükəsizlik, Humanitar məsələlər, Davamlı inkişaf və İnsan hüquqları bölmələrində cəmlənməsi təklif edilir.

Sənəd təşkilatı daha səmərəli və qənaətcil etmək məqsədilə Baş katib Antonio Quterreşin mart ayında formalaşdırdığı işçi qrupu tərəfindən hazırlanıb.

Baxış sayı: 4 566

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə