İstanbulda baş vermiş zəlzələdən sonra yeddi mindən artıq binada ciddi zədə aşkar edilib

İstanbul, 26 aprel, ARHD.AZ



Aprelin 23-də İstanbulda baş vermiş zəlzələdən sonra şəhərin 39 rayonuna dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı başladılan yoxlama çərçivəsində indiyədək 8367 bina yoxlanılıb.

ARHD.AZ xəbər verir ki, bununla bağlı Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sosial media hesabında açıqlayıb.

Nazir bildirib ki, bu binalardan 7113-nün ciddi, 437-nin isə az zədəli olduğu müəyyən edilib. Ziyan dəymə yoxlamaları başa çatdıqdan sonra zəruri addımlar atılacaq.

Nazir dəyən zərərin müəyyənləşdirilməsi üçün ən çox İstanbulun Bahçelievler, Bağcılar, Esenler, Avcılar və Küçükçekmece olmaqla beş rayonundan müraciətin daxil olduğunu deyib.

Qeyd edək ki, şəhərdə afterşokların davam etməsi səbəbindən əhalinin müəyyən hissəsi hələ də evlərinə girməyə çəkinir.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə