Böyük Britaniya partlayıcı maddə istehsalını artırır

London, 22 aprel, ARHD.AZ



Böyük Britaniya ölkə daxilində hərbi təyinatlı partlayıcı maddələrin istehsalını əhəmiyyətli dərəcədə artırmaq qərarına gəlib.

ARHD.AZ “The Times”a istinadla xəbər verir ki, bu addım ABŞ və Fransadan asılılığı azaltmaq məqsədi daşıyır.

Məlumata görə, təşəbbüs Prezident Donald Trampın vəzifəyə gəlməsindən sonra Avropa və digər müttəfiq ölkələrdə ABŞ silahlarına olan asılılığın azaldılması istiqamətində müşahidə olunan ümumi tendensiyanın bir hissəsidir. Britaniya ərazisində yerləşdiriləcək xüsusi konteynerlərdə “RDX” adlı partlayıcı maddənin istehsalı planlaşdırılır. Bu maddə NATO standartlarına uyğun 155 mm-lik artilleriya mərmiləri üçün əsas tərkib hissəsidir. Sözügedən mərmilər Böyük Britaniya Ordusunun AS-90 və Archer özüyeriyən haubitsalarında istifadə olunur və Ukrayna Silahlı Qüvvələrinə də göndərilib.

Ölkənin ən böyük müdafiə sənayesi şirkəti olan BAE Systems isə təhlükəsizlik baxımından dayanıqlılığı artırmaq məqsədilə əlavə üç yeni istehsalat müəssisəsi inşa etməyi planlaşdırır.

Bu təşəbbüs həm Britaniya ordusunun müstəqil təchizat imkanlarını genişləndirmək, həm də münaqişə şəraitində potensial təhdidlərə qarşı müqaviməti gücləndirmək məqsədi daşıyır.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə