“SpaceX” ilk insanlı kosmik uçuş missiyasını həyata keçirəcək

Vaşinqton, 31 mart, ARHD.AZ



“SpaceX” ilk insanlı kosmik uçuş missiyasını həyata keçirəcək


İlon Maskın “SpaceX” şirkəti ilk dəfə qütblər üzərində insan iştirakı ilə kosmik uçuş missiyasını həyata keçirəcək.

ARHD.AZ-ın məlumatına görə, missiya kriptovalyuta investoru Çun Van tərəfindən maliyyələşdirilir. 1800-cü illərin sonu və 1900-cü illərin əvvəllərində fəaliyyət göstərən Norveç qütb ekspedisiya gəmisinin şərəfinə adlandırılmış “Fram2” missiyası “Falcon 9” raketi vasitəsilə bu gün yerli vaxtla saat 21:46-da (Bakı vaxtilə 06:46) Floridadan kosmosa buraxılacaq. Ekipaj dörd astronavtdan ibarətdir.

Üç-beş gün ərzində onlar Yerin şimal və cənub qütbləri üzərində uçaraq müşahidə həyata keçirəcək və kosmosa uçuşların insan sağlamlığına təsiri ilə bağlı tədqiqat aparacaqlar.

Baxış sayı: 6 748

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə