Fidan və Rubio Cənubi Qafqazda sülh məsələsini müzakirə ediblər

Vaşinqton, 26 mart, ARHD.AZ


Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib.

ARHD.AZ-ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, tərəflər təhlükəsizlik və ticarət sahəsində əsas məsələlər üzrə əməkdaşlığı müzakirə ediblər. Bildirilir ki, Dövlət katibi Türkiyədən Ukrayna və Cənubi Qafqazda sülhə dəstək verməyə çağırıb. Məlumata əsasən, Rubio Türkiyənin İŞİD-ə qalib gəlmək üzrə Qlobal Koalisiyadakı liderliyini yüksək qiymətləndirib və sabit, vahid, sülhsevər Suriyanı dəstəkləmək üçün sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Görüş zamanı Rubio, həmçinin ikitərəfli ticarətdə son irəliləyişləri qeyd edərək, iqtisadi tərəfdaşlığın daha da irəliyə aparılmasına çağırış edib.

Baxış sayı: 4 550

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə