Hakan Fidan və Mark Rubio Cənubi Qafqazda davamlı sülh üçün birgə səyləri müzakirə ediblər

Vaşinqton, 15 fevral, ARHD.AZ


Hakan Fidan və Mark Rubio Cənubi Qafqazda davamlı sülh üçün birgə səyləri müzakirə ediblər


ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

ARHD.AZ -ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, görüşdə ABŞ-Türkiyə münasibətləri, regiondakı ortaq maraqlar, ikitərəfli ticarət müzakirə edilib. Məlumata əsasən Marko Rubio ABŞ, Türkiyə və region üçün təhlükə təşkil etməyən sabit və vahid Suriyanı dəstəkləmək üçün sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüşdə Türkiyənin İŞİD-ə qalib gəlmək üzrə qlobal koalisiyadakı rolu, Cənubi Qafqazda ədalətli və davamlı sülhü dəstəkləmək üçün birgə səylər və Rusiya-Ukraynaya müharibəsinin bitməsi üçün addımlar müzakirə olunub.

Baxış sayı: 6 768

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə