Bakı, 3 oktyabr, ARHD.AZ




Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında statistika sahəsində Anlaşma Memorandumu imzalanıb


Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 14-cü sessiyası çərçivəsində oktyabrın 3-də Türkiyə Statistika İnstitutunda Dövlət Statistika Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ARHD.AZ xəbər verir ki, görüş çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında statistika sahəsində Anlaşma Memorandumu imzalanıb. Memorandumu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Türkiyə Statistika İnstitutunun Prezidenti Erhan Çetinkaya imzalayıblar.

Memorandumda nəzərdə tutulmuş işlərin həyata keçirilməsinin rəsmi statistika sahəsində ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi və gücləndirilməsinə, statistik istehsal prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə və statistikanın bir sıra sahələrində qabaqcıl təcrübənin qarşılıqlı mübadiləsinə töhfə verəcəyi qeyd olunub.


Baxış sayı: 6 793

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə