ABŞ Prezidenti özünü qlobal sülhməramlı adlandırıb

Bakı, 30 sentyabr, ARHD.AZ



ABŞ Prezidenti özünü qlobal sülhməramlı adlandırıb


ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Amerika hərbi rəhbərliyi ilə görüşündəki çıxışında çoxsaylı müharibə və münaqişələri həll etdiyi ilə bağlı açıqlamalarını təkrarlayıb, lakin Nobel Sülh Mükafatını almayacağını proqnozlaşdırıb.

ARHD.AZ “Reuters” agentliyinə istinadla xəbər verir ki, Donald Tramp çox vaxt beynəlxalq münaqişələrin həllində uğurlarını misal gətirib, özünü qlobal sülhməramlı adlandırıb.

“Siz Nobel mükafatını alacaqsınız? Qətiyyən yox. O, heç nə etməmiş bir kişiyə veriləcək. Nobel mükafatı Donald Trampın düşüncəsi və müharibələri necə başa vurmaq qərarına gəldiyi haqqında kitab yazan birinə veriləcək”, - deyə ABŞ Prezidenti bildirib.

O, uğurlarına Ermənistanla Azərbaycan, Kamboca ilə Tailand, Hindistan və Pakistan, Serbiya ilə Kosovo arasında münaqişələrin həllini aid edib.

Baxış sayı: 7 655

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə