Binəli Yıldırım: Ermənistan - Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər

Nyu-York, 24 sentyabr, ARHD.AZ






Binəli Yıldırım: Ermənistan - Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər



“Ötən il Azərbaycanda, Bakıda keçirilən COP29 daha bir parlaq nümunədir”.

ARHD.AZ-ın məlumatına görə, bu sözləri Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, gələn il NATO gələcək planları üçün Türkiyənin paytaxtı Ankarada toplantı keçirəcək. “Bu, regional oyunçuların qlobal müzakirələrə ev sahibliyi edə biləcəyini göstərir. Orta Dəhliz, Zəngəzur dəhlizi kimi layihələr insanları mədəniyyət, iqtisadiyyat, bağlantı ətrafında birləşdirir. Bu layihələr BTC, TANAP, TAP və digərləri vasitəsilə Asiyanı Avropaya birləşdirir”.

O bildirib ki, Ermənistan - Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər: “Bu nailiyyət təkcə milli maraqları təmin etmir, həm də regional inteqrasiyaya və iqtisadi inkişafa yol açır.

Baxış sayı: 6 547

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə