Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Bakı, 10 sentyabr, ARHD.AZ




Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub


İqtisadiyyat naziri Mikayıl Cabbarov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal ilə görüşüb.

Nazirlikdən ARHD.AZ-a bildirilib ki, görüşdə Azərbaycanın QDTİB ilə əməkdaşlığının uğurlu inkişafından məmnunluq ifadə olunub.

Qeyd edilib ki, bankın ölkəmizdə həyata keçirdiyi fəaliyyət və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində Azərbaycanın özəl bankları ilə əməkdaşlığı biznes mühitinin inkişafına, sahibkarlığın dəstəklənməsinə və qeyri-neft sektorunda investisiya imkanlarının artırılmasına mühüm töhfə verir.

Tərəflər QDTİB-in Azərbaycanda planlaşdırılan potensial layihələrdə iştirak perspektivlərini müzakirə ediblər. Azərbaycanın iqtisadi inkişaf prioritetləri, strateji infrastruktur layihələri və özəl sektorun maliyyələşmə imkanlarının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Baxış sayı: 6 798

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə