NATO-nun Baş katibi Polşanın hava məkanının pozulmasına görə Rusiyaya xəbərdarlıq edib

Berlin, 10 sentyabr, ARHD.AZ




NATO-nun Baş katibi Polşanın hava məkanının pozulmasına görə Rusiyaya xəbərdarlıq edib


Biz hazırıq, ayıq-sayıqıq və NATO ərazisinin hər qarışını müdafiə edəcəyik.

ARHD.AZ xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Rusiyaya məxsus dronların Polşa hava məkanını pozması ilə bağlı bəyanatında bildirib.

Hadisə ilə əlaqədar müttəfiq ölkələrin hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini və NATO ərazisinin müdafiəsinin uğurla təmin etdildiyini vurğulayan M.Rutte bu prosesdə Polşanın F-16, Niderlandın F-35, İtaliyanın “AWACS” qırıcıları, NATO-nun çoxfunksiyalı tanker-nəqliyyat vasitələrinin və Almaniyanın “Patriot” sistemlərindən istifadə edildiyini bildirib.

Baş katib hadisə ilə əlaqədar Şimali Atlantika Şurasının iclasında vəziyyətin müzakirə edilərək Polşaya həmrəylik nümayiş olunduğunu, Rusiyanın məsuliyyətsiz davranışının qınandığını qeyd edib. Hadisə ilə bağlı tam qiymətləndirmənin davam etdiyini deyən Baş katib bildirib: “Üzvlər öz müttəfiqlərinin ərazisinin hər qarışını müdafiə etməkdə qətiyyətlidir. Biz şərq cinahımız boyunca vəziyyəti yaxından izləyəcəyik, hava hücumundan müdafiə sistemlərimiz isə daim hazır vəziyyətdə qalacaq”.

Bu hadisənin NATO-nun əhəmiyyətini və Haaqa Sammitində qəbul edilən yol xəritəsinin vacibliyini bir daha təsdiqlədiyini vurğulayan M.Rutte bildirib: “Biz müdafiəyə daha çox sərmayə qoymalı, müdafiə istehsalını artırmalı, çəkindirmə və müdafiə üçün lazım olan vasitələrə malik olmalı və təhlükəsizliyi bizimki ilə sıx bağlı olan Ukraynanı dəstəkləməkdə davam etməliyik”.

Polşanın hava məkanının pozulmasını qəsdən olub-olmamasından asılı olmayaraq, tamamilə məsuliyyətsizlik adlandıran M.Rutte deyib: “Putinə mesajım aydındır: Ukraynadakı müharibəni dayandır. Hazırda əsasən günahsız mülki vətəndaşlara və mülki infrastrukturuna qarşı apardığın bu genişlənən müharibəni dayandır. Müttəfiqlərin hava məkanını pozma. Bil ki, biz hazırıq, ayıq-sayıqıq və NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”.

Baxış sayı: 6 551

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə