İsveçin yeni səhiyyə naziri təyin edilib

Stokholm, 9 sentyabr, ARHD.AZ




İsveçin yeni səhiyyə naziri təyin edilib


Xristian Demokrat partiyasının Höteborqdan olan bələdiyyə müşaviri Elisabet Lann İsveçin səhiyyə naziri olub.

ARHD.AZ xəbər verir ki, E. Lann əvvəllər parlamentin səhiyyə məsələləri üzrə komitəsində işləyib. Yeni nazir daxili siyasətlə yanaşı, beynəlxalq məsələlərlə də fəal maraqlanır. O, Höteborq Universitetində şərqşünaslıq elmini öyrənib. O, təhsilini Qüdsdə başa vurub, burada fələstinlilər, israillilərlə birlikdə sülh və inkişaf mövzusunda araşdırmalar aparıb. Xatırladaq ki, Baş nazir Ulf Kristerssonun parlament seçkilərinə bir il qalmış hökumətdə dəyişiklik edilməsi barədə qərarından sonra Ako Ankarberq Yohanssonun gözlənilmədən vəzifəsini tərk edib.

Baxış sayı: 5 708

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə