“İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 915 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissədə “Ağdam” sözü “Xankəndi şəhərinin, Ağdam, Ağdərə” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 1.5-ci bəndində “Bərdə” sözü “Xankəndi” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2025-ci il

Baxış sayı: 5 681

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə