Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə Ukrayna Prezidentini təbrik edib

Bakı, 24 avqust, ARHD.AZ





Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə Ukrayna Prezidentini təbrik edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə Ukraynanın Prezidenti Volodimir Zelenskini təbrik edib.

ARHD.AZ xəbər verir ki, təbrik məktubunda bu əlamətdar gün münasibətilə Prezident Volodimir Zelenskiyə və onun simasında bütün Ukrayna xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini, ən xoş arzularını yetirən dövlətimizin başçısı qeyd edib: “Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələri xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbətdən, onlar arasında tarixən təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrindən qaynaqlanır.

Hazırda bu möhkəm təməllər üzərində qurulmuş münasibətlər inkişaf edir və yeni məzmunla zənginləşir. Siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığımız ikitərəfli əlaqələrimizi səciyyələndirən başlıca amillərdəndir.

Ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir. Azərbaycan dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir.

Əminəm ki, Azərbaycan-Ukrayna dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətinin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.

Prezident İlham Əliyev bu bayram günündə ukraynalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Ukrayna xalqına isə sülh və əmin-amanlıq diləyib.

Baxış sayı: 7 660

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə