Qazaxıstanın NATO ilə tərəfdaşlığının əsas məqsədi açıqlanıb

Astana, 21 avqust, ARHD.AZ




Qazaxıstanın NATO ilə tərəfdaşlığının əsas məqsədi açıqlanıb


Qazaxıstanın NATO ilə əməkdaşlığının əsas məqsədi bu ölkənin Silahlı Qüvvələrinin sülhməramlı birləşmələrini BMT-nin himayəsi altında missiyalar çərçivəsində yerləşdirilməsi üçün hazırlamaqdır.

ARHD.AZ Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Belçika Krallığında, Aİ və NATO-da səfiri Roman Vasilenko Brüsseldə NATO-nun Baş katibi Mark Rütteyə etimadnaməsini təqdim etdikdən sonra bildirib.

Tərəflər Qazaxıstan ilə NATO arasında əməkdaşlığın hazırkı vəziyyətini, eləcə də beynəlxalq gündəlikdəki aktual məsələləri müzakirə ediblər.

Görüşün yekunlarına görə, tərəflər Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı potensialının gücləndirilməsi sahəsində əməkdaşlığın inkişafının davam etdirilməsi barədə razılığa gəliblər.

Baxış sayı: 4 360

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə