Paşinyan: Vaşinqton sammitindən sonra biz fərqli Cənubi Qafqazda yaşayırıq

Tbilisi, 18 avqust, ARHD.AZ




Paşinyan: Vaşinqton sammitindən sonra biz fərqli Cənubi Qafqazda yaşayırıq


Avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra biz tamam başqa Cənubi Qafqazda yaşayırıq.

ARHD.AZ xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 18-də xalqa müraciəti zamanı söyləyib. Onun sözlərinə görə, avqustun 8-də Ağ Evdə keçirilən sammit dönüş nöqtəsi oldu. “Vaşinqtonda imzalanmış sənədlərlə Ermənistanla Azərbaycan arasında sülh bərqərar oldu. Avqustun 8-dən sonra biz tamamilə fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq. Sülh bizim üçün yad bir reallıqdır və yad həyatdır, gəlin bu reallığı qiymətləndirək. Sıfırdan dinc yaşamağın nə demək olduğunu, sülhün nə olduğunu öyrənməliyik”, - deyə Paşinyan vurğulayıb.

Baxış sayı: 7 659

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə