Ankara, 13 avqust, ARHD.AZ

Türkiyə və Suriya müdafiə sektorunda təlim və məsləhətləşmələr sahəsində əməkdaşlıq haqqında razılıq əldə ediblər.

Türkiyənin Milli Müdafiə Nazirliyindən ARHD.AZ-a bildirilib ki, müvafiq Anlaşma Memorandumu çərşənbə günü, avqustun 13-də Ankarada Türkiyənin müdafiə naziri Yaşar Gülerin və Suriyanın müdafiə naziri Murhaf Əbu Kasranın iştirak etdiyi mərasimdə imzalanıb.

Suriya Müdafiə Nazirliyinin rəhbəri xarici işlər naziri Əsəd Həsən əl-Şibani və Baş Kəşfiyyat İdarəsinin rəisi Hüseyn əl-Selemin də daxil olduğu rəsmi nümayəndə heyətinin tərkibində Ankaradadır.

Görüş iştirakçıları ikitərəfli əlaqələri, həmçinin regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Baxış sayı: 6 793

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə