İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən 5300-dək şəxsin məşğulluğu təmin edilib

Bakı, 13 avqust, ARHD.AZ




İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən 5300-dək şəxsin məşğulluğu təmin edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, həmin sakinlərdən artıq 5300-dək şəxsin məşğulluğu təmin olunub. Onlardan 415 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Doğma yurdlarına qayıtmış vətəndaşlardan 245 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatı da həyata keçirilir.

İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 652 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.

Baxış sayı: 6 798

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə