Naxçıvanda ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı 22,1 faiz artıb

Naxçıvan, 13 avqust, ARHD.AZ



 

Naxçıvanda ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı 22,1 faiz artıb


Bu ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə istehsal olunan məhsulların ixrac edilməsi məqsədilə 254 mənşə sertifikatı verilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövründə verilmiş 208 mənşə sertifikatı ilə müqayisədə 22,1 faiz çoxdur.

Hesabat dövründə verilmiş mənşə sertifikatlarından daxilolmalar 2024-cü ilin yanvar-iyul aylarının göstəricisinə nisbətdə 22,1 faiz artıb.

Baxış sayı: 7 660

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə