Naxçıvan, 13 avqust, ARHD.AZ
Naxçıvanda ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı 22,1 faiz artıb
Bu ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə istehsal olunan məhsulların ixrac edilməsi məqsədilə 254 mənşə sertifikatı verilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən ARHD.AZ-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövründə verilmiş 208 mənşə sertifikatı ilə müqayisədə 22,1 faiz çoxdur.
Hesabat dövründə verilmiş mənşə sertifikatlarından daxilolmalar 2024-cü ilin yanvar-iyul aylarının göstəricisinə nisbətdə 22,1 faiz artıb.























