ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətini təsdiqləməyib

Bakı, 8 avqust, ARHD.AZ




ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətini təsdiqləməyib


Dövlət Departamentinin mətbuat katibinin müavini Tommy Pigott avqustun 8-də ABŞ administrasiyasının Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətini nə təsdiq, nə də təkzib edib.

ARHD.AZ xarici mediaya istinadla xəbər verir ki, o, brifinqdə məsələ ilə bağlı sualı cavablandırarkən deyib: "Burada çoxlu spekulyasiyalar var. Bu mövzuda spekulyasiya etmək fikrində deyiləm".

İyulun 14-də ABŞ Prezidenti Donald Tramp Ukrayna ətrafında nizamlanma ilə bağlı razılığa gəlmək üçün Rusiyaya 50 gün vaxt verəcəyini, bundan sonra Moskva və onun ticarət tərəfdaşlarına 100% ticarət rüsumları tətbiq etmək niyyətində olduğunu bəyan edib. İyulun 29-da Amerika lideri qeyd olunan müddəti 10 günə endirdiyi barədə açıqlama verib.

Baxış sayı: 4 439

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə