Tramp Rusiyaya atəşkəs üçün 10-12 gün vaxt verdiyini açıqlayıb

Vaşinqton, 28 iyul, ARHD.AZ




Tramp Rusiyaya atəşkəs üçün 10-12 gün vaxt verdiyini açıqlayıb


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə sülh razılaşması əldə etmək üçün verdiyi 50 günlük müddəti 10-12 günə endirdiyini bildirib.

ARHD.AZ-ın məlumatına görə, bu barədə o, Şotlandiyada Böyük Britaniyanın Baş naziri Kir Starmerlə çıxışı zamanı deyib.

“Mən bu gündən etibarən təxminən 10 və ya 12 günlük yeni son tarix təyin edəcəyəm. Gözləməyə heç bir səbəb yoxdur. Mən xoşniyyətli olmaq istəyirəm, lakin biz heç bir irəliləyiş görmürük”,- deyə Tramp bildirib.

O, Rusiyaya ikinci dərəcəli tariflər tətbiq edəcəyini təkrarlayıb.

“Biz fikirləşirdik ki, bunu həll etmişik, sonra Prezident Putin Kiyev kimi hansısa şəhərə raketlər atmağa başlayır və qocalar evində çoxlu insanı öldürür, yaxud başqa nə isə edir”,- deyə ABŞ Prezidenti əlavə edib.

Baxış sayı: 5 648

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə