Şimali Kipr Prezidenti Bakıda keçirilən TÜRK-AY konfransının yekunlarını alqışlayıb

Ankara, 18 iyul, ARHD.AZ




Şimali Kipr Prezidenti Bakıda keçirilən TÜRK-AY konfransının yekunlarını alqışlayıb


Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Bakıda keçirilən Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TÜRK-AY) birinci konqresinin yekunlarını alqışlayıb. Konqres çərçivəsində Şimali Kipr Ali Məhkəməsinin TÜRK-AY-a müşahidəçi qismində qəbul edilməsi ilə bağlı müraciəti təsdiqlənib.

ARHD.AZ xəbər verir ki, Kipr türklərinin lideri ŞKTC Ali Məhkəməsinin sədri Bertan Özerdağın Azərbaycana dəvət edilməsini yüksək qiymətləndirib.

“B.Özerdağın Bakıda keçirilən TÜRK-AY konfransındakı çıxışı bizi ürəkdən sevindirdi. ŞKTC Ali Məhkəməsinin müşahidəçi qismində tanınması qərarı Bakı Bəyannaməsinin mətnində də öz əksini tapıb. Bu qərarın qəbul edilməsində əməyi olan bütün tərəflərə səmimi minnətdarlığımı bildirirəm”, - deyən ŞKTC lideri Lefkoşanın beynəlxalq arenada nailiyyətlərinə ümid etdiyini bildirib.

Baxış sayı: 5 658

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə