
Ankara, 9 aprel, ARHD.AZ
Ersin Tatar: Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprə dəstək bəyanatını yüksək qiymətləndirib.
ARHD.AZ xəbər verir ki, ŞKTC lideri Azərbaycan dövlət başçısının ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışını yüksək dəyərləndirib.
“Azərbaycan Prezidentinin bu bəyanatı bizi çox sevindirdi. ŞKTC-yə verdiyi güclü dəstəyə görə Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm”, - deyə Ersin Tatarın ŞKTC Prezidentinin rəsmi saytında yerləşdirilən bəyanatında qeyd olunur.
Siyasətçi Azərbaycanla münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edib, iki xalqı birləşdirən ortaq dəyərləri və qırılmaz bağları vurğulayıb.
Ersin Tatar bildirib ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycanın qardaşlıq və əməkdaşlıq münasibətlərinin gələcəkdə də davam edəcəyinə və əsrlər boyu sürəcəyinə ümid edir.