Almaniya XİN: İrana qarşı sanksiyaların tətbiqi hələ də gündəmdədir

Berlin, 16 iyul,  ARHD.AZ




Almaniya XİN: İrana qarşı sanksiyaların tətbiqi hələ də gündəmdədir


Qərb İranla nüvə mübahisəsində Tehran hakimiyyətinə qarşı sanksiyaların yenidən tətbiqi məsələsini qüvvədə saxlayır.

ARHD.AZ “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü “Reuters” agentliyinə açıqlamasında bildirib. “İranın nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin təhlükəsizlik maraqlarını nəzərə alan, davamlı və yoxlanıla bilən diplomatik həllə ehtiyac var. Əgər belə bir həll yay aylarında əldə olunmazsa, mövcud sanksiya mexanizminə əsasən, “Snapback” (sanksiyaların avtomatik bərpası) E3 ölkələri - Almaniya, Fransa və Böyük Britaniya üçün bir seçim olaraq qalır”, - deyə XİN nümayəndəsi qeyd edib.

Bu məsələ ilə bağlı üç ölkənin hökumətləri arasında sıx koordinasiyanın aparıldığını vurğulayan sözçü deyib: “İran heç vaxt nüvə silahına sahib olmamalıdır”.

Baxış sayı: 5 455

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə