Ukraynanın Baş naziri istefa verib

Bakı, 15 iyul, ARHD.AZ




Ukraynanın Baş naziri istefa verib


Ukraynanın Baş naziri Denis Şmıqal istefa verib. Mesaj siyasətçinin “Telegram” kanalında yayımlanıb.

ARHD.AZ xarici mediaya istinadla xəbər verir ki, Şmıqal qeyd edib: “Ölkəmiz üçün yorulmaz fəaliyyətinə görə bütün komandaya təşəkkür edirik!”.

Şmıqal Ukrayna Ali Radasına istefanın qəbul edilməsini xahiş edən müraciət göndərib və bəyanatın fotosunu yayıb. O, həmçinin göstərdiyi etimada görə ölkə Prezidenti Volodimir Zelenskiyə təşəkkür edib.

“RBC-Ukrayna” nəşrinin məlumatına görə, Şmıqal Ukraynanın müdafiə naziri postunu tutacaq, Müdafiə Nazirliyinin hazırkı rəhbəri Rustem Umerov isə Amerika Birləşmiş Ştatlarında səfir vəzifəsinə təyin ediləcək.

İyulun 14-də Zelenski Baş nazirin birinci müavini Yuliya Sviridenko ilə görüşüb və onu ölkə hökumətinə rəhbərlik etməyə dəvət edib. O əlavə edib ki, bu addımla Ukrayna icra hakimiyyətinin transformasiyasına başlayır ki, bu da Kiyevin potensialını gücləndirməlidir.

Baxış sayı: 5 683

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə