Ağdam Sənaye Parkında lift və eskalator istehsalı müəssisəsi yaradılacaq

Bakı, 8 iyul, ARHD.AZ




Ağdam Sənaye Parkında lift və eskalator istehsalı müəssisəsi yaradılacaq


Azərbaycan-Çin birgə kapitallı “Fujiai Azerbaijan” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.

İZİA-dan ARHD.AZ-a bildirilib ki, yeni rezident tərəfindən Sənaye Parkının 1 hektar ərazisində lift istehsalı müəssisəsi yaradılacaq. Layihənin investisiya dəyəri 3,7 milyon manatdır.

Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 1200 ədəd lift istehsalı nəzərdə tutulur. Növbəti mərhələ şirkət tərəfindən Sənaye Parkında eskalator istehsalı layihəsinin də həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ağdam Sənaye Parkında hazırda investisiya portfeli 270 milyon manat olan 29 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

Baxış sayı: 5 439

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə