Rusiya İstintaq Komitəsi sabiq nəqliyyat naziri Roman Starovoytun ölümünü təsdiqləyib

Moskva, 7 iyul, ARHD.AZ



Rusiya İstintaq Komitəsi sabiq nəqliyyat naziri Roman Starovoytun ölümünü təsdiqləyib


Rusiyanın sabiq nəqliyyat naziri Roman Starovoyt Moskva vilayətinin Odintsovo şəhərində ölü tapılıb.

ARHD.AZ-ın məlumatına görə, Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib ki, Starovoytun meyiti Odintsovo şəhər dairəsinin ərazisində şəxsi avtomobilində aşkar edilib. Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları zəruri tədbirlər həyata keçirir, hadisənin bütün halları araşdırılır. Başlıca versiya kimi intihar ehtimalı nəzərdən keçirilir.

Roman Starovoyt iyulun 7-də Rusiya Prezidentinin sərəncamı ilə istefaya göndərilmişdi. O, 2024-cü ilin may ayından etibarən Nəqliyyat Nazirliyinə rəhbərlik edirdi.

Baxış sayı: 5 646

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə