Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib, xüsusi komissiya yaradılıb

Bakı, 2 iyul, ARHD.AZ



Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib, xüsusi komissiya yaradılıb


Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

BŞİH-dən ARHD.AZ-a verilən məlumata görə, müşavirədə bir sıra məsələlər müzakirə olunub, o cümlədən son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq işlərindən söz açılıb.

Müşavirə zamanı paytaxtımızda şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binaları ilə bağlı xüsusi komissiya yaradılması qərara alınıb. Bakının müxtəlif ərazilərində uzun illər əvvəl tikilən və müasir standartlara uyğun olmayan binaların hələ də mövcud olması nəzərə alınaraq komissiyaya tapşırıq verilib ki, bununla bağlı məsələ tam araşdırılsın, xüsusi riskli zonalar müəyyən edilsin və bu problemin həlli yolları aidiyyəti qurumlarla birlikdə öyrənilsin.

Qeyd edilib ki, Bakıda mənzil fondu tam olaraq beynəlxalq standartlara uyğun səviyyəyə gətirilməlidir.

Həmçinin müşavirədə paytaxtımızda piyada zonalarının genişləndirilməsi və yeni ərazilərdə belə zonaların yaradılması müzakirə olunub.

Baxış sayı: 6 304

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə