Şuşa, 2 iyul, ARHD.AZ
“Green State Power”: Qarabağa yatırılan sərmayə region üçün müsbət nəticə verəcək
Şuşada keçirilən ECO biznes-forumunu yüksək qiymətləndirirəm. Düşünürəm ki, Qarabağa sərmayə yatırılsa bu, region üçün müsbət nəticə verəcək. Bu addım ECO ölkələri arasında əməkdaşlığı artıracaq. Ümid edirəm ki, biz Qarabağa yaxşı sərmayə qoyacağıq.
ARHD.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Green State Power” şirkətinin təsisçisi və sədri Ziaurrahman Calalzai söyləyib.
“Bizim fəaliyyət istiqamətimiz müxtəlifdir. Bir neçə ölkədə - Əfqanıstan, Özbəkistanda investisiyalarımız var. Buna araşdırma mərkəzlərini, İT üzrə sahələri, eyni zamanda, tikinti və bərpaolunan enerji sahələrini misal çəkə bilərəm”, - deyə o qeyd edib.























