Bakı, 26 iyun, ARHD.AZ




Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü olub


İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib.

Agentlikdən ARHD.AZ-a bildirilib ki, görüşdə işçi qrupun rəhbərliyi, üzvləri və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüş zamanı İRİA-nın aidiyyəti nümayəndələri tərəfindən “Rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları” layihəsi və “Elektron Hökumət İnformasiya Sistemlərində (EHİS) fəaliyyət davamlılığının inkişafı” mövzularında ətraflı təqdimatlar nümayiş olunub. Çıxışlarda rəqəmsal xidmətlərin effektivliyinin artırılması, mövcud sistemlərin etibarlılığının təmin edilməsi və dövlət qurumları arasında inteqrasiyanın möhkəmləndirilməsi məsələlərinə toxunulub.

Tədbirin sonunda birgə fəaliyyət planı və gələcək addımlar üzrə müzakirələr aparılıb. İştirakçılar tərəfindən suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025-ci il 16 yanvar tarixində imzalanan Fərmanla “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib. İşçi qrupunun görüşü də məhz bu Konsepsiyanın uğurlu icrası üçün vahid koordinasiyanın təşkil edilməsi məqsədilə baş tutub.

Baxış sayı: 4 454

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə