Zelenski Ukraynanın hazırda NATO-ya üzvlüyünün mümkün olmadığını etiraf edib

Bakı, 24 iyun, ARHD.AZ





Zelenski Ukraynanın hazırda NATO-ya üzvlüyünün mümkün olmadığını etiraf edib


Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hazırda NATO-ya üzvlüyünün mümkün olmadığını etiraf edib.

ARHD.AZ xəbər verir ki, dövlət başçısı bunu “Sky News” telekanalına müsahibəsində deyib.

Volodimir Zelenski, eyni zamanda, Ukrayna kimi müttəfiqin alyansın özü üçün faydalı olduğunu söyləyib.

Qeyd edək ki, Şimali Atlantika Alyansının iyunun 24-25-də keçiriləcək sammitində 45-ə yaxın dövlət və hökumət başçısının, 45 xarici işlər və müdafiə nazirinin, həmçinin 6 minə yaxın nümayəndənin iştirakı gözlənilir.

“Politico” nəşrinin üç avropalı diplomata istinadla yaydığı məlumata əsasən, Haaqa sammitində Ukraynanın NATO-ya üzvlük məsələsi geniş yer tutmayacaq. Onların sözlərinə görə, üzv ölkələr arasında bu məsələdə ilə bağlı konsensus mövcud deyil. Həmçinin sammitdən sonra Ukraynanın Qərbdən hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, heç bir yeni yardım və ya silah almayacağı bildirilir.

Xatırladaq ki, Ukraynanın NATO-ya üzvlüyündə uzun müddətdir israr edən Kiyev dəfələrlə bu məsələyə ehtiyatlı yanaşmağa çağıran Avropa liderlərinə qarşı sərt bəyanatlar səsləndirib.

Baxış sayı: 4 239

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə