Ərəb Dövlətləri Liqası İranın Qətərdə yerləşən hərbi bazaya hücumunu pisləyib

Qahirə, 24 iyun, ARHD.AZ




Ərəb Dövlətləri Liqası İranın Qətərdə yerləşən hərbi bazaya hücumunu pisləyib


Ərəb Dövlətləri Liqası İranın Qətərdə yerləşən əl-Udeyd hərbi bazasına hücumunu pisləyib və bunu ölkənin suverenliyinə qarşı tamamilə qəbuledilməz bir təcavüz kimi qiymətləndirib.

ARHD.AZ QNA xəbər agentliyinə istinadla bildirir ki, bu barədə Baş katib Əhməd Əbul-Ğeytin verdiyi bəyanatda yer alır.

Qeyd olunur ki, təşkilat İranın beynəlxalq hüquqa zidd olan bu pozuntusuna qarşı Qətərlə tam həmrəyliyini ifadə edib.

Əbul-Ğeyt, həmçinin nəzarətsiz şəkildə genişlənə biləcək münaqişənin ağır nəticələr doğura biləcəyini bildirib və gərginliyin azaldılması üçün təcili addımlar atmağa çağırıb. O, ərəb ölkələrinin suverenliklərini müdafiə etmək və onu xarici təcavüzlərdən qorumaq hüququna sahib olduqlarını bir daha vurğulayıb.

Baxış sayı: 5 658

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə