Türkiyənin hakim partiyası regionda gərginliyi azaltmaq üçün dialoqa çağırıb

Ankara, 22 iyun, ARHD.AZ




Türkiyənin hakim partiyası regionda gərginliyi azaltmaq üçün dialoqa çağırıb


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömər Çelik bölgədə gərginliyin kəskin artması fonunda danışıqlar masasına qayıtmağa çağırıb.

ARHD.AZ xəbər verir ki, Çelikin bazar günü sosial şəbəkədəki paylaşımında Prezident Rəcəb Tayyib Ərdoğanın “ziddiyyətlərin nizamlanması üçün yeganə mümkün format olan” dialoq çağırışı xatırlanıb.

“Bölgədəki proseslər Türkiyə liderinin lap əvvəldən etdiyi - danışıqlar masasına qayıtmaq çağırışının doğruluğunu təsdiqləyir. Bundan sonra danışıqlar əsas götürülməlidir”, - deyə AKP nümayəndəsinin çağırışında qeyd edilir.

Ö.Çelik həmçinin Prezident R.T.Ərdoğanın regional və dünya liderləri ilə çoxsaylı görüşlərini xatırladıb.

“Prezident Ərdoğan Ankaranın sülh diplomatiyasını, o cümlədən Türkiyədə danışıqların təşkilini hərtərəfli dəstəkləməyə hazır olduğunu vurğulayıb”, - deyə qeyd edən partiya nümayəndəsi ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsi fonunda münaqişənin miqyasının genişləndirilməsi riskindən narahatlığını ifadə edib.

Baxış sayı: 6 447

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə