Xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın rolu təqdir olunub

Bakı, 20 iyun, ARHD.AZ





Xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın rolu təqdir olunub


İyunun 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən ARHD.AZ-a bildirilib ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Tərəflər İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar. Avropa İttifaqı üzv ölkələrinin vətəndaşları daxil olmaqla, xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın oynadığı əhəmiyyətli rol təqdir edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Baxış sayı: 5 339

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə